“İranlılar artıq amerikalı öldürüblərmi? Xeyr. Onlar bunu etməyənə qədər biz İranın siyasi rəhbərliyinin hətta təqib olunmasından belə danışmırıq", - məlumatda deyilir.
Mənbələr İsrailin iyunun 13-nə keçən gecə İrana qarşı kütləvi hücuma başlamasından sonra ABŞ rəsmilərinin israilli həmkarları ilə daimi əlaqə saxladığını bildiriblər. Onların iddiasına görə, israillilər İranın ali liderini öldürmək variantının olduğunu desələr də, Tramp bu planı rədd edib.
- Heç vaxt baş verməyən söhbətlərlə bağlı çoxlu yalan məlumatlar var və mən bunun təfərrüatına varmaq fikrində deyiləm. Amma mən sizə deyə bilərəm ki, biz etməli olduğumuzu edirik və edəcəyik. Vaşinqton isə, məncə, Birləşmiş Ştatlar üçün nəyin yaxşı olduğunu bilir”, - İsrailin baş naziri Binyamin Netanyahu “Fox News” telekanalının Trampın “vetosu” ilə bağlı məlumatı şərh edib.
Onun sözlərinə görə, İsrailin hərbi hücumları nəticəsində İranda rejim dəyişikliyi baş verə bilər və İsrail Tehranın yaratdığı “ekzistensial təhlükəni” aradan qaldırmaq üçün əlindən gələni edəcək.
İsrailin hərbi rəsmilərindən biri “Reuters” agentliyinə bildirib ki, hazırkı kampaniyanın məqsədi İranda rejim dəyişikliyi yox, Tehranın nüvə və raket proqramlarını sıradan çıxarmaq və “bizi məhv etmək” imkanlarını aradan qaldırmaqdır.
|
| Tehran nüvə silahından imtina etməyə hazırdır | VİDEO |
Qeyd edək ki, İsrailin Tehrana zərbələr endirməsindən sonra mənbələr istinad edən KİV-lər Ayətullah Xameneyinin və onun ailəsinin Əfqanıstanla sərhəd yaxınlığındakı bunkerə köçürüldüyünü xəbər verir.
Bəzi media resursları isə, İran rəhbərliyinin ölkədən təcili təxliyyə olunması barədə Rusiya ilə danışıqlar apardığını yazır.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İranın nüvə və hərbi obyektlərinə zərbələr endirməklə “Am Kelavi (Aslan kimi millət)” əməliyyatına başlayıb. Hücumlar nüvə silahının inkişafı ilə bağlı infrastrukturu, eləcə də yüksək rütbəli hərbçiləri hədəfə alıb.
Elə həmin axşam İslam İnqilabı Keşikçiləri Korpusu “Əsl vəd 3” əməliyyatının başladığını elan edərək İsrailə raket zərbələri endirib. Tehran İsrailin hərbi infrastrukturuna, o cümlədən hava bazalarına və digər strateji obyektlərə irimiqyaslı zərbələr endirəcəyini vəd edib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


